Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Nurlan Bağırovun idarə etdiyi “Tofaş Şahin” markal maşın işıqforun qırmızı işığında yolu keçib, qarşıdan gələn 1996-cı il təvəllüdlü Rəşad Şərifovun idarə etdiyi “Opel Astra” markalı maşınla toqquşub. pizza hut
Nəticədə, “Tofaş Şahin”də olan sərnişin hadisə yerində ölüb.
Fakt araşdırılır. /oxu.az
Telegram kanalımız