Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücü saxlanıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücü saxlanıldı - Video

Kriminal

04 Sentyabr 2019 17:35 1194


Bu gün Binəqədi rayonu ərazisində yük maşının sürücüsü, Masallı rayon sakini Elçin Qasımov idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud sürətdə pozduğu üçün ona Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxla işarəsi verilib.

“Yeni Sabah” "Qafqazinfo"a istinadən xəbər verir ki, yük maşınının sürücüsü avtomobili saxlamayaraq hərəkəti davam etdirib və avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradıb.

Binəqədi rayon DYPŞ nin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü saxlanılıb.Onun barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanan materiallar Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Elçin Qasımov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!