Bakıda yürüş keçirmək istəyənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yürüş keçirmək istəyənlər saxlanıldı

Kriminal

27 Yanvar 2019 01:05 1366


Bu gün saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs yürük keçirməyə cəhd göstərib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı xəbərə görə, onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirmək istəyiblər. “Bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb. pizza sifarişi

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!