Bakıda zavodun liftində faciə - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda zavodun liftində faciə - Ölən var

Hadisə

26 İyul 2025 11:48 620


Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. 

Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev “Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.  Dördpendirli pizza

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!