Bakıda zərcirvari qəza  - Fotolar

Bakıda zərcirvari qəza - Fotolar

Hadisə Veb saytların hazırlanması

09 Sentyabr 2019 21:14 1437


Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Yeni Sabah” “APA”ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliyyat vasitəsi əvvəlcə "Volkswagen Golf", daha sonra "Volkswagen Passat" markalı minik avtomobillərinə dəyib. Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə isə ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə "Mercedes" markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və YPX-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!