Bakıdakı binalarla bağlı narahatlıq böyüyür: “FHN rəsmisi deyib ki...”

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı binalarla bağlı narahatlıq böyüyür: “FHN rəsmisi deyib ki...”

Siyasət

09 Fevral 2023 14:54 1741


“Bizim yerləşdiyimiz zona da faktiki olaraq seysmik zonadır. 2019-cu ildə Şamaxıda da zəlzələ olmuşdu və bu, Prezidentin rəhbərliyi altında aradan qaldırıldı. Ona görə də hesab edirəm ki, binaların tikilməsinə diqqət yetirilməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili Türkiyədəki zəlzələdən sonra Bakıda tikilən yeni binalara qarşı olan inamsızlıqdan və onların keyfiyyət məsələlərindən söz açıb: pizza

“Mən bu barədə bir məlumat oxudum. Deməli, FHN rəsmisi deyib ki, 2019-cu ilə qədər biz evlərin tikintisini yoxlayırdıq, buna baxırdıq. Amma ondan sonra artıq bizə müraciət olunmur. Belə vəziyyət, əlbəttə, çox pisdir”

V. Əhmədova görə, ən böyük problemlərdən biri Bakı şəhərinin baş planının hələ də təsdiq olunmamasıdır:

“Belə olan halda insanlar da harada, necə gəldi evlər tikirlər. Evlərə baxırsan, bir-birinin içində, həyətləri yox, yollar geniş olmur. Burada problemlər böyükdür. O cümlədən də zəlzələyə davamlılıqla əlaqədar yoxlama getməlidir. Onun sementi, armaturu, betonu, qısası, orada istifadə olunan materialların zəlzələyə davamlılığı yoxlanılmalıdır”.

“İndi isə görürsən ki, buna cavabdeh olan şəxs deyir ki, yoxlama aparılmır və s. Amma bunlar çox ciddi nəzarət altına götürülməli və yoxlanılmalıdır. Əlbəttə, narahatıq. Amma bu, bizdən asılı deyil. Çünki bu, təbii fəlakətdir və təbii fəlakət olanda da heç kimdən soruşmurlar. Ona görə də belə işlərin qarşısı alınmalı və hökumət bununla bağlı mütəmadi tədbirlər həyata keçirməlidir”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!