“Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır” - İspaniya millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır” - İspaniya millisinin baş məşqçisi

Minifutbol 2025

22 May 2025 23:48 656


İspaniya minifutbol millisinin baş məşqçisi Asenxo Fernandes Fransisko Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.

Yenisabah.az xəbər verir ki, mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, minifutbol üçün salınan meydançanın heyrətamiz olduğunu deyib: pizza sifarişi

"Təşkilatçılıqla bağlı hər şey idealdır, biz çox məmnunuq. Meydança heyrətamizdir. Könüllülər hər kəsə lazımi şəkildə kömək edirlər. Bir sözlə, hər şey yaxşıdır".

Baş məşqçi komandasının oyununu da qiymətləndirib:

"Ən mühüm olan odur ki, ilk oyunda qələbə qazandıq. Bu, komandada özünəinam yaradır. Deyə bilərəm ki, komanda yaxşı oyun göstərdi. Artıq növbəti qarşılaşmaya köklənəcəyik".

Qeyd edək ki, H qrupunun oyununda bu gün Qana ilə üz-üzə gələn İspaniya millisi 3:0 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!