Bakıdakı finala favoritlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı finala favoritlər açıqlandı

İdman

29 Mart 2019 16:09 924


Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü üçün favoritlər açıqlanıb. 

"Yeni Sabah" xəbər verir ki, Britaniya mətbuatı ölkəmizdə London derbisini proqnozlaşdırır. 

Belə ki, ingilislər “Arsenal” və “Çelsi” klublarının həm 1/4 final, həm də yarımfinal səddini keçəcəyini düşünürlər.  Toyuqlu pizza

“Sky Sports” isə “Çelsi” – “Arsenal” finalından əminliyini vurğulayıb. Onlar UEFA-nın finalçı komandaların azarkeşləri üçün ayrılan 37 min 500 biletin London təmsilçilərinə yetmədiyini bildirərək öz narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Avropa Liqasında “Arsenal” – “Napoli” ilə “Villarreal” – “Valensiya” cütünün, "Benfika” – “Aytraxt”la da “Slaviya” – “Çelsi" cütünün qalibi yarımfinalda üz-üzə gələcək. 1/4 final oyunları 11-18 aprel, yarımfinal görüşləri isə 2-9 may tarixlərində oynanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!