Bakıdakı qadın həbsxanasından    VİDEOREPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı qadın həbsxanasından  VİDEOREPORTAJ

Hadisə

01 Fevral 2021 14:21 961


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhbusların cəza çəkməsi üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar fərdi əməyə və istehsalata cəlb ediliblər.

Yenisabah.az xəbər verir ki, istehsalat sahələrinin təşkili üçün cəzaçəkmə müəssisələrinə iş adamları dəvət olunaraq, müxtəlif istehsalat sahələrinə aid olan sexlər yaradılır.

Məhbuslarla əmək müqaviləsi bağlanaraq, ödəniş edilməklə əməyə cəlb edilir. Sənəti bilməyən şəxslər ya peşə məktəblərində, ya da elə sexdəki ustalar tərəfindən öyrədilirlər. (Report) Toyuqlu pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması məqsədi ilə tədbirlər görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!