Bakıdakı səfirliyə hücum cəhdinin arxasında Tehran durur - NAZİR

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı səfirliyə hücum cəhdinin arxasında Tehran durur - NAZİR

Siyasət

13 İyul 2023 11:06 730


"İranın İsrailin Azərbaycandakı səfirliyinə hücum planının qarşısı alınıb". 

Yenisabah.az "Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen Serbiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Tehran bu cəhdin arxasındadır. İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük. İran hücuma cəhd edən terror hücrəsini maliyyələşdirib və ona göstərişlər verib. Beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıram", - İsrail XİN başçısı bildirib. pizza hut

Qeyd olunub ki, bir neçə gün əvvəl Azərbaycanın təhlükəsizlik qüvvələri Bakıda səfirliyə hücum planlaşdırmaqda şübhəli bilinən 23 yaşlı Əfqanıstan vətəndaşını həbs edib. 

"Bəyanatda onun İsrail missiyasını hədəfə almaqda şübhəli bilindiyi göstərilməyib, lakin "Times of Israel" onun "Hyatt Regency" otelində səfirliyin yaxınlığında görüldüyünü və sorğu-sual edildiyini öyrənib", - "Times of Israel" yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!