Koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu çərçivədə Agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir. pizza mizza
Artıq “Bolt” şirkəti tövsiyələri nəzərə alaraq, taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.
"Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik", - qurum bəyan edib.
Telegram kanalımız