Bakıdan daha bir qatar Ermənistana yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan daha bir qatar Ermənistana yola düşdü

Siyasət

11 Yanvar 2026 15:59 746


Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Dördpendirli pizza

Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!