Bakıdan Dubaya uçan təyyarə İrana təcili eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Dubaya uçan təyyarə İrana təcili eniş etdi

Hadisə

10 Oktyabr 2019 19:50 1369


Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. 

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.  pizza

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub. 

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!