Bakıdan maraqlı görüntülər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan maraqlı görüntülər - Fotolar

Mədəniyyət

23 İyun 2020 10:08 5427


Bakı şəhərində yaşayış binalarına qraffiti sənəti ilə yeni ruh verilib.

“Yeni Sabah” xəbər verir ki, şəhərin müxtəlif ərazilərində binaların fasadları sənətin ecazkar gücü ilə yeni rəng qazanıb.

Layihə SOCAR-ın dəstəyi ilə həyata keçirilib. pizza hut

Qeyd edək ki, “street art”ın ayrılmaz parçası olan qraffiti sənəti qədim dövrdən günümüzədək uzanan bir tarixə malikdir. Qədim Misirdə divarları, qayaları bəzəyən şəkil və yazılar qraffitinin ilk nümunələri sayılır.

1960-cı illərdən bu sənət yeni məna qazanıb. Bu dövrdən öz siyasi ideyalarını yaymaq istəyənlər divarlara müxtəlif məzmunlu yazılar yazmağa və rəsmlər çəkməyə başlayıblar.

Artıq uzun müddətdir, Bakı küçələrində də bu əsrarəngiz əl işlərini görmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!