Azərbaycan Hava Yolları (AZAL) martın 9-dan etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
Bu barədə “Yeni Sabah”a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
AZAL-ın martın 9-na Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli: Pepperoni pizza
Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə sual yaranarsa, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.
Telegram kanalımız