Bakıdan Paşinyana cavab

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Paşinyana cavab

Rəsmi

12 Aprel 2019 01:21 985


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Strasburqda mətbuata verdiyi açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikri ilə bağlı açıqlama yayıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərdə gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistan Baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edilir. “Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan “gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipi ilə bağlı qeyd olunur: “Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər”.

Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Pepperoni pizza

Gücdən istifadə olunmamasını təklif edən erməni Baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!