Bakıdan torpaq almaq istəyənlərin   NƏZƏRİNƏ - BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan torpaq almaq istəyənlərin NƏZƏRİNƏ - BAHALAŞDI

Sosial

11 Yanvar 2026 18:08 1183


Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, İTV-nin hazırladığı süjetdə bildirilib ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.

Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub. Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb. Marqarita pizza

Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.

Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb.

Sakinlərdən bir çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar.

Maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.

Həmçinin Xəzər dənizinə yaxın ərazilərdəki torpaqların qiyməti də mərkəzdəkilərlə eynilik təşkil edir. Bunun da əsas səbəbi onların bağ evi təyinatlı olmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!