Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Xankəndi və Xocalıya müntəzəm avtobus reysi istifadəyə verilir

Sosial

14 Sentyabr 2024 16:30 432


"Böyük Qayıdış" proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. pizza

Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14.80 manat, Bakı-Xankəndi istiqamətində 14.20 manat, Bakı-Xocalı istiqamətində isə 13.90 manat təşkil edir.

Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Qeyd edək ki, bu gün Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə təşkil edilən ilk reys Bərdədən Xankəndiyə yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!