Bakıdan yola salınan Vaqif Xaçatryandan Ermənistanda   İLK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan yola salınan Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Kriminal

14 Yanvar 2026 23:38 39656


"Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir".

"Yeni Sabah" Savashmedia.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. pizza hut

"Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq. Peşəkar komandamız sonrakı müalicə kursu ilə bağlı qərar verəcək. Hazırda onun vəziyyəti normaldır. Dedi ki, Ermənistanda yaxşıyam", - nazir bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David  və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahir
    Maraqlıdır, Vaqifin etdiklərin bizimkilərdən kimsə etsəydi, onlarda belə davranardılarmı???? 100% əminəm ki, yox.Çünki ermənilərdə prinsipiallıq, millətsevərlik, qeyrət var....
    4 months ago
  • Leyli
    Ne desem gecdir artiq ...onu gondermemisdrn belke hokumetimiz o terrorculari bagislayib bagislamamgimizi bir sorussaydi kas... Hecolmasa gondereceyini bir xeber etseydi...mehkemelerine agri aci ile gettiyimizemi yanaq yoxsa onlarin gunahsiz insanlarimizin basina getirdiyi qanli musibetleremi yanaq yoxsa gule gule vetenine tehvil verildiklerinemi yanaq...bilmirem...onu biliremki VetenSagOlsun
    4 months ago