Bakının altını üstünə “çevirən” avtoş tutuldu – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının altını üstünə “çevirən” avtoş tutuldu – Video

Avto

30 Oktyabr 2019 16:13 1680


Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürüclərlə bağlı reyd keçirilib.

“Yeni Sabah” Avtosfer.az-a istinadən xəbər verir ki, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.

Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfinbdən “saxla” əmri verilib. pizza hut

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan suni tıxac vasitəsilə saxlanılıb.

Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.

O, bir müddət əvvəl sürücülk hüququndan məhrum da edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Şahin Həsənov barəsində 15 gün müddətində inzibati qaydada həbs və sürücülük hüququnun 1 il məhdudlaşdırılması tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!