Bakının baş planı ilə bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Bakının baş planı ilə bağlı yeni xəbər

Sosial

19 Aprel 2019 12:50 974


Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq.

Bunu Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib. O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək:

"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq". pizza mizza

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub.

Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur.

Trend 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!