Bakının bu ərazisi üfunət qoxuyur: Sakinlər ayağa qalxdı

Bakının bu ərazisi üfunət qoxuyur: Sakinlər ayağa qalxdı

Xalqın səsi Veb saytların hazırlanması

21 Avqust 2023 13:03 18685


Sabunçu rayonun sakinləri kanalizasiya sistemlərinin olmamasından şikayətçidirlər. 

Bununla bağlı Yenisabah.az-ın redaksiyasına şikayət ünvanlayan Yeni Ramana qəsəbəsi sakinləri təhlükə içərisində qaldıqlarını bildiriblər:

“Bura Yeni Ramana qəsəbəsinin Şuşa şəhərciyidir. Burada kanalizasiya sistemi yoxdur. Dəfələrlə yerli icra hakimiyyəti orqanlarına müraciət etmişik, lakin heç bir tədbir görmürlər. Yayda qrunt suları çəkilir, amma qışda olanda hər yer üfunət qoxur. Qrunt suları ətrafı bürüyür. Çölə çıxmaq mümkün olmur. Hər kəsin həyətində kanalizasiya quyusu var. Bütün ehtiyaclarımız ora gedir. Bu da hər birimizin  səhhətinə pis təsir edir. Kanalizasiya sistemimiz olsun ki, rahatlıqla yaşaya bilək. Bu ərazidə 10 mindən artıq insan yaşayır, amma kanalizasiya sistemi yoxdur.

Qəsəbə sakinləri olaraq Prezidentə müraciət edirik, bizim problemin həlli ilə bağlı aidiyyəti strukturlara göstəriş verilsin. İcra hakimiyyəti və digər qurumlar müraciətlərimizə baxmır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!