Bakının bu ərazisində 1 gündür qaz yoxdur -   Nə baş verir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində 1 gündür qaz yoxdur - Nə baş verir? - Video

Sosial

01 Mart 2025 23:07 1534


Fevralın 28-i axşam saat 10-dan etibarən Binəqədi-Xırdalan yolu, Söyüdlər məhəlləsində qaz kəsilib.

"Yeni Sabah"ın redaksiyasına müraciət ünvanlayan sakinlər bildirib ki, yerli qaz idarəsini bir neçə dəfə problemdən xəbərdar ediblər. Sakinlərin şikayətinə cavab olaraq deyilib ki, sözügedən qaz xəttinə su dolub.

Lakin idarə əməkdaşları qarlı havanı əsas gətirərək, Azəriqaz-ın hava şəraiti ilə bağlı nəqliyyat vasitələrindən istifadəni məhdudlaşdırdığını deyib. Vətəndaşlar son çarə olaraq öz fərdi avtomobilləri ilə işçiləri gətirsələr də, problem tam həll edilməyib. Sakinlər Azəriqaz-ın məsələyə biganə yanaşmasından gileylənir. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!