Bakının bu ərazisində hələ də odun peçi işlədilir –   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində hələ də odun peçi işlədilir – Video

Xalqın səsi

11 Noyabr 2019 09:20 1525


Bakının Xəzər rayonu Buzovna qəsəbəsində qeyri-adi hal yaşanıb. Belə ki, Albalı adlanan ərazinin Məlik Dadşov küçəsinin sakinləri digər küçələrin sakinlərindən ayrı düşüb. Adı çəkilən küçəyə 30 ildir mavi qaz verilməsə də, o küçənin sağ və solunun sakinləri illərdi mavi qazla təmin olunub. 

Sakinlərin sözlərinə görə necə ola bilər ki, bu ərazidə hər kəsə hətta bizdən sonraki və bizdən əvvəlki məhəllərə mavi qaz çəkildiyi halda bizi qaza həsrət qoyublar. Odun peçi ilə yaşayan sakinlər aidiyyatı qrumlardan yardım istəyib. 

Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişinə açıqlama verən «Azərqazın» rəsmisi Ceyhun Səfər sakinlərin iddiaları qismən qəbul edib. Onun sözlərinə görə adı çəkilən əraziyə qaz çəkilməyəcək. Səbəb isə sadəcə həmin məhəllənin neft şirkətinin balansında olması göstərilir.  Dördpendirli pizza

Teleaparıcı sonda maraqlı fikirlər səsləndirib. «Bu məhəllə də insanlar arasında ayrı-seçkilik yaranıb. Bir neçə qonşu arxa məhəllədən evinə qaz çəkdirib. » deyə Amil Xəlil bildirib. Qeyd edək ki, küçə mərhum sənətkarımız Məlik Dadaşovun adını daşıyır. Yaratdığı «Qəmlo» və 32-dən çox obrazı ilə sevilən sənətakara qarşı bu hörmətsizlik deyilmi?


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!