Bakının bu ərazisində sakinlərin həyatı təhlükədədir –   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində sakinlərin həyatı təhlükədədir – Video

Xalqın səsi

08 Noyabr 2019 04:54 1620


Son günlər Bakıya yağan intensiv yağışlar Bakının bəzi ərazilərində piyadaların və nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

“Yeni Sabah” Bizimyol.info-ya istinadən xəbər verir ki, Səbail rayonu Bayıl qəsəbəsində yolsuzluq problemi səbəbindən sakinlər əziyyət çəkir.

“Bir ay öncə Bayıl yamacında evlərin söküntüsünə start verildi və insanların əziyyətlə düzəltdiyi yolu da traktor dağıdıb yararsız vəziyyətə saldı. Şəkillərdə gördüyünüz avtomobil yoldan sürüşüb kənarda qalıb. Bu barədə Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilsə də, cavab müsbət deyil. Problem ciddiyə alınmadığı üçün məsələni ictimailəşdirmək məcburiyyətində qaldıq”,- deyə sakin bildirib. Pepperoni pizza

Sakin onu da deyib ki, həmin ərazi sürüşmə zonasıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!