Bakının bu küçəsinə   avtomobillər buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsinə avtomobillər buraxılmayacaq

İqtisadiyyat

10 Fevral 2026 11:40 443


Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bu barədə “Yeni Sabah”a Baki Şəhər İcra Hakimiyyətindəm məlumat verilib. 

Bildrilib ki, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib.İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır,küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işiq dirəkləri  quraşdırılmasına başlanılıb.  Pepperoni pizza

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!