Bakının bu küçəsinə yeni radar qoyuldu 

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsinə yeni radar qoyuldu 

Avto

23 May 2023 07:56 8132


Sosial şəbəkələrdə Bakıda yeni radar cihazının quraşdırılması barədə məlumatlar yayılıb.

“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, yayılan məlumatlardan cihazın Xətai rayonu "8 Noyabr" prospektində, "Ağ Şəhər" istiqamətində qoyulduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, sözügedən radar qurğusu hələlik test mərhələsindədir. Cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. Test dönəmində olduğu üçün radar qurğusu hələlik heç bir cərimə qeydə almır. Cihaz yalnız özünü doğrultduqdan sonra yüksək sürəti qeydə alacaq. Tam fərqli görünüşdə olan yeni cihazdan əvvəl də radar nişanı qoyulmayıb. Bu da məhz qurğunun fəaliyyət göstərməməsi ilə bağlıdır. Məlumata görə, yeni qurğudan bir neçə ədəd idxal edilib və test mərhələsindən sonra paytaxtın digər yerlərində də quraşdırılacaq. Dördpendirli pizza

Sürücülərə hər hansı cəriməyə görə deyil, öz həyat və sağlamlıqları naminə yüksək sürətdən çəkinmələri məsləhət görülür.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!