Hazırda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
Qeyd edilib ki, Üzeyir Hacıbəyov küçəsi, Koroğlu Rəhimov küçəsi (hər iki istiqamət), Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Tbilisi prospekti (hər iki istiqamət), Rəşid Behbudov küçəsi, Moskva prospekti (20 Yanvar dairəsi istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət), Binəqədi şossesi, Əbdülvahab Salamzadə küçəsində(hər iki istiqamət) tıxac yaranıb. pizza sifarişi
Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da təsir edib.
Telegram kanalımız