Bakının dörd rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının dörd rayonunda qaz olmayacaq

Sosial

30 Sentyabr 2024 21:39 370


Sabah Bakının dörd rayonunda qaz olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 1-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Dominos pizza

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "Sea Breeze" ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və "A" yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!