Bakının əsas prospektlərinin kəsişməsində hansı dəyişikliklər edildi? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının əsas prospektlərinin kəsişməsində hansı dəyişikliklər edildi? - Video

Sosial

01 Avqust 2025 01:40 663


Baku TV-nin "Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.

Buraxılışda Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərində edilən dəyişikliklərə diqqət yetirilib. Belə ki, əvvəllər mövcud olan qoşa xətt 1.11 nişanlanma xətti ilə əvəz edilib.

Həmçinin MİDA-nın Yasamal Yaşayış Kompleksinin yaxınlığında, Nazim Hikmət küçəsində sürücülərin qarşılaşdığı problemə toxunulub. pizza

Verilən məlumata əsasən, nəqliyyatın təhlükəsiz hərəkəti üçün arakəsmənin qarşısında "maneəni sağdan və ya soldan keç" nişanı quraşdırılmalıdır. Lakin kənar dairəvi yoldan bu istiqamətə gələn sürücülərin qarşısına qəfil çıxan maneə qəza riskini artırır.

Vurğulanıb ki, gecə saatlarında bu maneəni görmək demək olar ki, mümkün deyil. Bu da təhlükəni daha da artırır. Eyni zamanda, sağdan əsas yola çıxan sürücülər üçün üstünlüyü bildirən heç bir yol nişanı yoxdur.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!