Bakının mərkəzində qan töküldü –   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində qan töküldü – Video

Kriminal

18 Sentyabr 2019 16:43 1021


Bakının mərkəzində, 28 MALL-ın qarşısında bıçaqlanma hadisəsi baş verib.

“Yeni Sabah” BakuPost-a istinadən xəbər verir ki, şəxsiyyətləri hələ məlum olmayan iki şəxs arasında dava düşüb. Tərəflərdən biri digərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.

Ərazidə xidmət aparan polis işçiləri bıçaqlı şəxsi zərərsizlədirərərk, Polis Bölməsinə aparıblar. Dominos pizza

Yaralı şəxs isə açır bədən xəsarəti alıb, çoxlu qan itirib.

Məqsədi vətəndaşı öldürmək olan şəxsi isə polis zərərsizləşdirib. İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib: "Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir”.

E.Hacıyevin sözlərinə görə, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!