Bakının mərkəzində silahlı şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində silahlı şəxs saxlanıldı

Kriminal

11 Fevral 2019 20:54 1027


Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, təkrar törədildikdə) 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci( qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 9-cu Polis Bölməsində Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!