Bakının bu ərazilərində yaşayanlar hotellərə yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində yaşayanlar hotellərə yerləşdirildi

Hadisə

31 Mart 2026 17:26 551


Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.

Bu barədə "Yeni Sabah"a Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb. Dördpendirli pizza

Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!