Bakıya “Avro 5“ standartlarına cavab verən avtobuslar gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıya “Avro 5“ standartlarına cavab verən avtobuslar gətirildi

Avto

29 Oktyabr 2019 13:14 1860


Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək.

Bakı Nəqliyyat Agentliyindən  "Yeni Sabah"a verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!