Bakıya gələ bilməyən millinin məşqçisi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıya gələ bilməyən millinin məşqçisi istefa verdi

İdman

22 Mart 2026 16:58 802


Oman millisində baş məşqçi istefa ərizəsi yazıb.

"Yeni Sabah" xəbər verir ki, portuqaliyalı Karluş Keyroşla yolların qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.

Keyroş regional qeyri-sabitlik ucbatından milli ilə vidalaşıb. 2025-ci ilin yayından komandaya rəhbərlik edən mütəxəssis Oman millisi ilə 11 oyunda 3 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət əldə edib. Onun dövründə komanda həm Ərəb kubokunda qrupda qalıb, həm də DÇ-2026-ya vəsiqə qazana bilməyib. Dominos pizza

Xatırladaq ki, Oman komandası Bakıda keçirilən "FIFA Series-2026" turnirində iştirak edə bilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!