Gecə saatlarından başlayaraq paytaxt Bakıya güclü yağış yağır. Hazırda davam edən yağış küləklə müyaşət olunur.
“Yeni Sabah” xəbər verir ki, yağış yağacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bundan başqa rayonlarda yanvarın 28-i axşam, 29-da havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i axşam, 29-da qərb küləyinin bəzi rayonlarda arabir 15-20 m/s olacağı, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Toyuqlu pizza
Telegram kanalımız