İrandan Bakıya daha bir təhdid: “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa...”

saytların hazırlanması

Evə çatdırılma

İrandan Bakıya daha bir təhdid: “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa...”

Siyasət

23 Aprel 2023 09:40 4453


Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli yenidən Azərbaycan Respublikası əleyhinə əsassız ittihamlar əsəsləndirib.

Yenisabah.az IRNA-y istinadla xəbər verir ki, o, Azərbaycanın İsraillə siyasi münasibətlərini hədəfə alıb.

Xarici işlər naziri Eli Kohenin Bakıya və Aşqabada səfərlərini məkrli niyyət kimi yozan H. Ameli bildirib: "İsrail xarici işlər naziri Azərbaycana və Türkmənistana göndərildi və Aşqabadın İran sərhədindən 27 kilometr aralıda olmasından məmnunluğunu bildirdi. Bu o deməkdir ki, biz asanlıqla İrana casusluq edə bilərik və İranın təhlükəsizlik vəziyyətini poza bilərik". Dördpendirli pizza

Bundan sonra "əyalət mollası" rəsmi Bakının İranın maraqlarını nəzərə almamaqda ittihamlayıb. "İndi Azərbaycan İrana qarşı İsraillə strateji əməkdaşlıq etmək qərarına gəldiyinə bir məsələyə diqqət yetirməlidir: Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa, bütün Azərbaycan İsrailin hərbi bazası olarsa, bütün Azərbaycan "Mossad"ın qərargahı olarsa belə,  sonda heyfslənməkdən başqa bir şey qalmayacaq. Bütün bu hərəkətlər suya yazıb müşkə üfürməkdir".

H. Ameli çıxışında Azərbaycan hökumətinin İsraildə səfirlik açmasını qınayıb, Təl-Əvivlə hərbi-siyasi əməkdaşlıqdan çəkinməyə çağırıb.

Bu, bir daha göstərir ki, rəsmi Bakının yürütdüyü xarici siyasət Tehranda açıq qısqanclıq və qıcıqla qarşılanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!