Bakıya qar yağır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar yağır - VİDEO

Sosial

04 Fevral 2026 12:14 5032


Hazırda Bakıya qar yağır.

“Yeni Sabah” xəbər verir ki, paytaxtın bəzi ərazilərində qar intensiv xarakter daşıyır.

Bəzi yerlərdə isə sulu qar yağır. Sezar pizza

Güclü külək bəzi ərazilərdə hərəkət çətinləşdirib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!