Bako Saakyan haqda ŞOK AÇIQLAMA – “Əsl adı Bahadırdır”

saytların hazırlanması

Evə çatdırılma

Bako Saakyan haqda ŞOK AÇIQLAMA – “Əsl adı Bahadırdır”

Siyasət

05 May 2023 11:28 7552


Seperatçıların əsas fiqurlarından olan qondarma DQR-nin “III prezidenti” Bako Saakyanın əsl adı Bahadır olub. 

Bu barədə Yenisabah.az-a əslən Xankəndidən olan Milli Məclisin sabiq deputatı, şəhid milli qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova məlumat verib. 

Sabiq deputat bildirib ki, Saakyanın valideynləri Xankəndidə azərbaycanlılarla eyni küçədə yaşayıblar. Onun sözlərinə görə, Saakyan ailəsində bir neçə uşaq doğulsa da, hamısı tələf olub. Bundan sonra məhəllədə yaşayan azərbaycanlılar ailəyə yeni doğulacaq körpələrinə müsəlman adı verməyi təklif ediblər: Toyuqlu pizza

“Bu bir inanc məsələsidir. Xankəndidə yaşayan azərbaycanlılar Saakyanın valideynlərinə dedilər ki, uşaqlarına müsəlman adı qoysalar, o, ölməyəcək. Onlar da bununla razılaşdılar. Hətta Saakyan doğulanda bir azərbaycanlı xəstəxanaya gedib pulla uşağı aldı. Sonra isə ona Bahadır adı verdilər. Pul verib uşağın alınması rəmzi xarakter daşıyırdı. O vaxt insanlar inanırdılar ki, bu yolla körpənin tələf olmasının qarşısını almaq mümkün olacaq. Bu davranış Azərbaycan xalqının alicənablığından, böyüklüyündən xəbər verirdi. Özündən əvvəlki qardaş və bacılarından fərqli olaraq, Saakyan ölmədi. Böyüyəndən sonra ailəsi onun adını dəyişib Bako etdi”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!