“Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar” -   Sədrdən dəhşətli etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar” - Sədrdən dəhşətli etiraf

Sağlamlıq

22 Yanvar 2020 08:19 1466


“Son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar. Əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar”.

"Yeni Sabah" "Sputnik Türkiyə"yə istinadən bildirir ki, bunu UDOFED ( Beynəlxalq Dönər Federasiyası) sədri Mehmet Mercan açıqlayıb.

O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib: pizza hut

"Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur. Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq".

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!