“BakuBus” avtobusuna hücum: Pəncərəsi sındırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus” avtobusuna hücum: Pəncərəsi sındırıldı - Foto

Hadisə

03 Sentyabr 2019 15:56 1262


“BakuBus” avtobusunun pəncərəsi sındırılıb.

Bu barədə "Yeni Sabah"a “BakuBus” MMC-dən məlumat verilib.

Bildirilib ki, şirkətə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb. Toyuqlu pizza

Hadisə ötən gün saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.

Belə ki, 21 nömrəli marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Hadisə ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsininin 35-ci Polis Bölməsində araşdırma başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!