Təbiətin ən nizam-intizamlı canlılarından biri olan arılar təkcə bal istehsalı ilə deyil, həm də yuvalarını qoruma və təmiz saxlamaq bacarıqları ilə valehedici canlılardır.
Yenisabah.az xəbər verir ki, sosial mediada yayılan və maraq doğuran görüntülər arıların bu sahədə nə qədər möhtəşəm instinktlərə sahib olduğunu bir daha sübut edir.
Fotolarda siçan və kərtənkələyə bənzər iki kiçik heyvanın arı pətəyinin içində demək olar ki, mumiyalanmış şəkildə qaldığı görünür. Bu heyvanların ehtimal ki, balın qoxusuna aldanaraq pətəyə girdiyi güman edilir. Lakin arılar dərhal aqressiv reaksiya verərək onları öldürüblər. Sezar pizza
Ancaq arılar üçün məsələ bununla bitmir. Ölən heyvanın cəsədi pətəkdən kənarlaşdırıla bilməyəcək qədər böyükdürsə, bu zaman arılar heyrətamiz bir üsula əl atırlar: onun bədənini propolis adlı xüsusi bir maddə ilə tamamilə örtürlər.
Propolis ağacların və bitkilərin qatranlı ifrazatlarından hazırlanan təbii, yapışqan bir maddədir:
1. Antibakterial və göbələk əleyhinə təsir göstərir
2. Rütubətə davamlıdır
3. Pis qoxuları neytrallaşdırır və bədənin qurumasını sürətləndirir
Bu yolla arılar heyvanın cəsədini tamamilə izolyasiya edir və pətəkdə çürümənin, mikrobların, qoxuların qarşısını alırlar. Zamanla cəsəd quruyur və heç bir təhlükə yaratmadan skelet halında qalır.
Bu davranış arıların yuvalarını - yəni arı yeşiklərini və pətəklərini necə ustalıqla təmiz saxladıqlarının, təbiətlə necə ahəngdar yaşadıqlarının canlı sübutudur. Bu, nəinki instinkt, həm də əsl təbiət mühəndisliyidir.
Aydan Hacı
Telegram kanalımız