Balakəndə avtomobil ağaca çırpıldı, sürücü xəsarət aldı

Balakəndə avtomobil ağaca çırpıldı, sürücü xəsarət aldı

Hadisə

25 Oktyabr 2019 19:47 1014


Balakəndə baş verən yol qəzasında sürücü ağır xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün rayonun Sarıbulaq kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü İsa Fərhad oğlu Kahayev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Kahayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah və sağ tapə nahiyələrinin kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!