Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olundu

Kriminal

10 Yanvar 2026 09:09 407


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!