Balakəndə ər arvadını bıçaqladı 

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə ər arvadını bıçaqladı 

Kriminal

19 Yanvar 2023 10:47 814


Balakəndə kişi həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yenisabah.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Hənifə kəndində baş verib. 

Belə ki, kənd sakini 35 yaşlı Rəvanə Məmmədova qaşüstü nahiyəsinin kəsilmiş yarası, üst dodağının kəsilmiş - cırılmış xəsarəti və üzün sol yarısının kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı R. Məmmədovaya əri Natiq İbrahimov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirildiyi məlum olub.  Dördpendirli pizza

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!