Balakəndə narkotik əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə narkotik əməliyyatı

Kriminal

03 Fevral 2019 13:59 1215


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb. 

“Yeni Sabah” xəbərə  verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan selofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!