Balakəndə “Tərəkəmə Kamil” saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə “Tərəkəmə Kamil” saxlanıldı

Kriminal

11 Sentyabr 2019 19:01 890


Balakən rayonunda "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb.

"Yeni Sabah" "Report"a istinadən  xəbər verir ki, bu barədə Balakən Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, əməliyyat-axtarış tədbirləri zamanı bir müddətdir məsuliyyətdən yayınaraq qaçmağa müvəffəq olan Mahalar kənd sakini, "Tərəkəmə Kamil" ləqəbli narkobaron Kamil Həsənov tutularaq istintaqa təhvil verilib. pizza sifarişi

Araşdırma zamanı onun tanışları - Elvin Süleymanov, Elçin Qarayev, Akif Umarov, Rauf İsmayılov, Rəsul İsmayılov, Ceyhun Namazov, İlham Mahatov, Zülfüqar Xəlilov və Ramiz Mahatov ilə əlbir olduğu müəyyənləşib. Meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu və 446 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!