Balakəndə xəstəxananın həyətində yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə xəstəxananın həyətində yanğın oldu

Hadisə

09 Avqust 2025 22:29 514


Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Balakəndə yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Yanğının genişlənərək inzibati binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində keçmiş xəstəxananın həyətyanı sahəsində 3 hektar ərazidə kol-kos və quru ot yanıb. pizza mizza

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!