Bank of Baku-dan tələbələrə dəstək

saytların hazırlanması

Evə çatdırılma

Bank of Baku-dan tələbələrə dəstək

Rəqəmsal

19 Aprel 2019 22:11 1409


Bank of Baku, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” ilə birgə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verib.

“Yeni Sabah” xəbər verir ki, bankın baş sponsorluğu ilə bilikli və bacarıqlı tələbələr arasında keçiriləcək olimpiadanın əsas məqsədi, gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı verməkdir. 

Bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) təşkil olunan layihədə iştirak ödənişsizdir. İki mərhələdən ibarət olan olimpiadanın ilk turu – 27 aprel, 4 may və 11 may tarixlərində keçiriləcək. Yüksək nəticə göstərən tələbələr final mərhələsində iştirak hüququ qazanacaq. Final mərhələsində iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. pizza hut

Olimpiadada iştirak etmək istəyən şəxslər, universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya linkə (http://bit.ly/2UxRfm9) daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Layihə haqqında daha ətraflı məlumat almaq istəyən şəxslərin (012)595-05-35, (055)576-05-35, (070)576-05-35 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!