“Bank Standard”ın kreditorları Banka 75 milyon manat borcu olan iş adamının ofisi qarşısında aksiya keçirmək istəyir.
Ləğv prosesində olan “Bank Standard” QSC-nin kreditorları sabah, Banka 75 milyon manat borcu olan iş adamı, “AS Group Investment” Şirkətlər Qrupunun təsisçisi Şahin Mövsümovun ofisi qarşısında aksiya keçirmək istəyir.
Bununla bağlı təklifi kreditorlardan biri “Bank Standard”ın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında səsləndirib. Sezar pizza
İclas iştirakçılarının əksəriyyəti təklifi dəstəkləyib.
Xatırladaq ki, Şahin Mövsümov Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşıdır.
Bizimyol.info
Telegram kanalımız